Elektrik enerjisini, səs siqnallarını nəql etmək üçün üstü hermetik örtülü məftil. □ Elektrik kabeli. Dəniz teleqraf kabeli. Telefon kabeli. Sualtı kabel.
Həmçinin bax:
1. Evdə zehni işlə məşğul olmaq üçün xüsusi otaq; iş otağı. □ Advokat Əlabbas bəy kabinetində əyləşib çay içirdi. (Ə.Haqverdiyev).
2. İdarə və müəssisələrdə məsul şəxslərin məşğuliyyəti üçün ayrılmış otaq. □ Direktorun kabineti.
3. Kabinet üçün mebel komplekti. □ Köhnə stildə kabinet.
4. Xüsusi məşğələlər üçün müvafiq avadanlıqla təchiz edilmiş ayrıca otaq (məktəblərdə, elmi tədqiqat müəssisələrində və s.-də). □ Fizika kabineti. Kimya kabineti. İdman kabineti.
5. Xüsusi olaraq təchiz edilmiş müalicə otağı. □ Rentgen kabineti. Tibb-kosmetika kabineti.
6. Restoranlarda və əyləncə yerlərində ümumi zalda oturmaq istəməyənlər üçün ayrılmış xüsusi otaq. □ Nişanlısının Nəsir bəyin oğlu ilə .. restorana girən görüb, o da daxil oldu. Qulluqçudan bunların tutduğu kabineti bilib, gəlib qapını döydü. (Ə.Haqverdiyev).
7. Hökuməti təşkil edən nazirlər heyəti; hökumət. □ Kabinetin dəyişməsi. Yeni kabinet. Kabinet böhranı.
Həmçinin bax:
1. Budka şəklində kiçik otaq. □ Səsvermə kabinəsi. Pilot kabinəsi. Yük maşınının kabinəsi. Telefon kabinəsi.
2. İdarə və müəssisələrdə məsul şəxslərin məşğuliyyəti üçün ayrılmış otaq; kabinet. □ Nazir onları öz kabinəsində qəbul etdi. (S.Hüseyn).
3. Hökuməti təşkil edən nazirlər heyəti; hökumət, kabinet. □ ..yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu. (M.S.Ordubadi).