Bax: naxırçı.
Botanika. Xalq təbabətində istifadə edilən çoxillik bitki. □ İnəkotu çoxillik bitki olub, təxminən bir metr hündürlüyündə qol-budaqlı gövdəyə malikdir.
İnəkləri sağan və onlara qulluq edən işçi; sağıcı.
Bax: inəkçi.
Tibb. Spazma və ya başqa səbəblər üzündən damarlarda qan cərəyanının kəsilməsi nəticəsində bədənin hər hansı bir üzvünün toxumalarında əmələ gələn ölgünlük. □ İnfarkt olmaq.
Tibb. İnfeksiyanın törətdiyi, yoluxucu. □ İnfeksion xəstəliklər.
Bax: məsdər.
TV ekranlarında mətnin tam (bütöv) səhifədə göstərilməsi (canlandırılması) sistemi.
Əyləncəli informasiya; geniş anlamda informasiyanı əyləncəli şəkildə təqdim etmək; müasir teleyaradıcılığın təqdimat üslubu.
Fizika. İnfraqırmızı şüalar – spektrin görünən qırmızı kənarından daha uzağa yayılan gözlə görünməyən hissəsi. □ Yerin və Yer atmosferinin infraqırmızı şüalarını müəyyən etmək üçün cihazlar hazırlanmışdır.
Fizika. Havada və başqa mühitdə olub, insan qulağının qavraya bilmədiyi alçaq tezlikli titrəyişlər.
İngiltərənin əsas əhalisini təşkil edən, Hind-Avropa dillərindən birində danışan xalq və bu xalqa mənsub adam.
Həmçinin bax:
1. İngilis dilində. □ İngiliscə danışır. 2. İsim kimi: ingilis dili. □ İngiliscəni yaxşı bilir.
İngilis millətini, onun mədəniyyətini, adət və üsullarını sevən adam; İngiltərəyə və ingilislərə hüsn-rəğbət bəsləyən adam.
İngiltərəyə, ingilis millətinə, onun mədəniyyət və adətlərinə pərəstiş etmə; ingilis pərəstişkarlığı.