1. Zəriflik, nəfislik, qəşənglik, gözəllik. □ Naxışın incəliyi.
2. Naziklik. □ Belin incəliyi.
3. Ən xırda təfərrüat, bir şeyin ən spesifik cəhəti və ya cəhətləri (bu mənada çox vaxt cəm şəklində işlənir). □ Ədəbiyyatın incəlikləri.
4. Riqqət, şəfqət. □ İcazə versəniz danışaram mən; O qız xəyalının incəliyindən. (S.Vurğun).
1. Arıqlamaq, zəifləmək, üzülmək; nazikləşmək, zərifləşmək, daha incə olmaq. □ Çəltiklər dirçəlibdir; Sünbüllər incəlibdir; Bu gün qəribə toy var; Bizə gəlin gəlibdir. (Bayatı).
2. Kövrəkləşmək, yumşalmaq. □ Ürəyim çocuq kimi incəlmiş; Nəhayət, səni tapdım. (C.Cabbarlı).
1. Daha incə bir hala salmaq.
2. Arıqlatmaq, zəiflətmək, üzmək, incəlməsinə səbəb olmaq. □ Ay nazənin, dərdin mənim canımı; Az qalıb incəldə, ay üzə-üzə. (Aşıq Ələsgər).
3. Bir şeyi yonub, rəndələyib incə etmək, naziklətmək, nazikləşdirmək. □ Taxtanı incəltmək.
1. Bəzi molyuskların balıqqulaqlarından çıxarılan ağ və ya çəhrayı (nadir hallarda qara) rəngli dənələr şəklində qiymətli sədəf maddəsi; mirvari, dürr. □ Altı inci, mirvari; Üstü inci, mirvari; Arasında bir yarpaq. "Dil" (Tapmaca).
2. Həmin maddədən hazırlanan qiymətli qadın bəzəyi (muncuq). □ İncəsən incidən sən; Sədəfdən, incidən sən; Kəsərəm, dilim, səni; Bilsəm yar incidənsən. (Bayatı).
3. Məcazi mənada: çox qiymətli şey haqqında. □ Yığır öz əliylə torpaq altından; Yerdə gizlədilmiş o inciləri. (S.Vurğun).
4. Məcazi mənada: təşbehlərdə saflıq, təmizlik, parlaqlıq mənalarında. □ Yenə ay işığında qumlar sanki incidir. (N.Rəfibəyli).
5. Məcazi mənada: təşbehlərdə dişlər mənasında. □ Dəhanın sədəfdir, dişlərin inci; Sanasan ağzın püstədir, ay qız! (M.P.Vaqif).
Həmçinin bax: