1. Hər hansı bir fənn üzrə keçirilən yoxlama sınağı. □ İmtahana hazırlaşmaq.
2. Məcazi mənada: sınaq, sınama, yoxlama, sınaqdan keçirmə. □ Məni zındıq oxurlar cümlə aləm əhli, lakin mən; Mücərrəd cövhərəm kim, imtahana ehtiyacım yox. (S.Ə.Şirvani).
3. Məcazi mənada: həyati çətinliklər, ağır günlər. □ İrəlidə hələ böyük imtahanlar var. (S.Vəliyev).
Həmçinin bax:
1. İmtina etmək – boyun qaçırmaq, çəkinmək, istəməmək, rədd etmək. □ Gəzməkdən imtina etmək.
2. İmtina etmək – könüllü olaraq əl çəkmək. □ Bu xəzinədən imtina etmək üçün azmı cəsarət lazım idi? (S.Vəliyev).
Həmçinin bax:
1. Müstəsna hüquq; üstünlük, güzəşt. □ Qaçqın və məcburi köçkünlərə verilən imtiyazlar.
2. İqtisadiyyat. Ölkə daxilində sənaye müəssisələri yaratmaq, onları işlətmək, mədən çıxarmaq və s. üçün dövlət tərəfindən ayrı-ayrı şəxslərə, şirkətlərə və ya xarici firmalara verilən hüquq. □ Göydələn tikmək üçün imtiyaz.
1. İmtiyazdan istifadə edən, imtiyazı olan, müstəsna hüququ olan. □ İmtiyazlı şirkət.
2. Güzəştli. □ İmtiyazlı ticarət.
3. Müstəsna hüquqlardan istifadə edən, yuxarı siniflərə mənsub olan; seçilmiş. □ Qonaqlıqda çoxlu imtiyazlı şəxslər iştirak edirdi.