1. Mədəni süni surətdə təmizləmək məqsədilə düz bağırsağa maye daxil etmə. □ İmalə etmək.
2. Bu mayeni düz bağırsağa yeridən alət.
Ədəbiyyatşünaslıq. Arxaizm. Əruz vəznində yazılmış şeirlərdə qısa oxunması lazım gələn hərəkənin vəznə uyması üçün qeyri-təbii olaraq uzadılmasından ibarət vəzn nöqsanı.
Azərbaycan dilinin izahlı lüğəti1. İlahiyyat. Müsəlmanlarda camaat namazına başçılıq edən, habelə bir məhəllədə nikah, ölüm və s. dini işlərə baxan ruhani. □ Verəndə imam olur, alanda şümür. (Atalar sözü).
2. Məzhəb və ya təriqət başçısı.
3. Şiə məzhəbi başçısı sayılan Əli və onun övladlarına verilən ad. □ İmam üçün ağlayan gözdən olar. (Atalar sözü).
4. Bəzi kiçik ərəb dövlətlərində dövlət başçısı.
1. İnanma, dərin inam. □ Hələ də öz imanında möhkəm qalmaq istəyirdi. (M.İbrahimov).
2. İslamiyyətdə dinə, Allahın birliyinə, peyğəmbərlərə inanma və bunu dillə iqrar etmə; etiqad. □ Dil zülfilə rüxsarüvə çün qıldı təmaşa; Avarə qalıb küfr ilə iman arasında. (Heyran xanım).
Həmçinin bax:
1. Dinsiz, Allahsız, etiqadsız; kafir. □ İmansız adam.
2. İsim kimi: dinsiz, Allahsız, etiqadsız adam; kafir. □ Pulsuz bazara gedən imansız gora gedər. (Atalar sözü).
3. Məcazi mənada: mərhəmətsiz, insafsız, qəddar. □ İmansız kişi.
4. İsim kimi məcazi mənada: mərhəmətsiz, insafsız, qəddar adam. □ Dinsizin öhdəsindən imansız gələr. (Atalar sözü).