Məlumat mənbəyini və onun istehlakçılarını vahid informasiya məkanında birləşdirən qlobal kompüter şəbəkəsi. □ İnternet XX əsrin 60-cı illərinin ortalarında ABŞ Müdafiə Nazirliyi tərəfindən yaradılmışdı.
Həmçinin bax:
Unikal strukturu, hüquqi bazası və texniki təchizatı sayəsində beynəlxalq polis əməkdaşlığını səmərəli surətdə əlaqələndirən təşkilat. □ İnterpol cinayətlərin açılması, müxtəlif dövlətlərin polis xidmətlərinin əməkdaşlığı, beynəlxalq kriminalla mübarizə taktikasının işlənib hazırlanması üzrə beynəlxalq mərkəz kimi fəaliyyət göstərir.
Azərbaycan dilinin izahlı lüğəti1. Danışıq zamanı səs tonunun dəyişməsi (ucalıb-alçalması). □ Dəyişən intonasiya.
2. Danışanın predmetlə bağlı hansısa hislərini əks etdirən tələffüz tərzi. □ Mülayim intonasiya.
3. Musiqi. Musiqi alətinin düzgün səslənməsi. □ Musiqi intonasiyası.
4. Məcazi mənada: bir şeyin ümumi ahəngi, yanaşmada mövqenin, münasibətin ifadəsi. □ Nikbin intonasiya.
Azərbaycan dilinin izahlı lüğəti1. Biologiya. Xromosomun daxili hissələrindən birinin 180 dərəcə dönməsi nəticəsində onun quruluşunun dəyişməsi. □ Bioloji inversiya.
2. Coğrafiya. Təbii hadisə və proseslərin ümumi qanunauyğunluqlara zidd olaraq əks istiqamətdə inkişaf etməsi və/və ya yayılması.
3. Riyaziyyat. Verilmiş O (R) çevrəsinə nəzərən müstəvi nöqtələrinin çevrilməsi. □ İnversiya əmsalı.
4. Dilçilik. Cümlədə adi söz sırasının dəyişdirilməsi ilə yaradılan bədii ifadə üsulu. □ İnversiyadan cümlədə yeri dəyişdirilən sözü vurğulamaq, cümləyə xüsusi məna vermək, poetik mətndə vəzn və qafiyə yaratmaq məqsədilə istifadə olunur.
Həmçinin bax:
1. Tibb. İynəvurma; az miqdarda məhlulun orqanizmə (dəri altına, əzələyə, damara və s.) yeridilməsi. □ Əzələ daxilinə inyeksiya.
2. Geologiya. Maqmatik materialın çökmə süxur təbəqələri arasına və ya süxur qatını kəsən çatlara soxulması prosesi.
Azərbaycan dilinin izahlı lüğəti1. Hissi yanaşma; ağılla, düşüncə ilə dərk edilməyən; düşüncə və normal məntiqə zidd. □ İrrasional yanaşma.
2. Riyaziyyat. Nə tam, nə də kəsr ədədlərlə ifadə oluna, vahidlə ölçülə bilməyən. □ İrrasional ədədlər.
Azərbaycan dilinin izahlı lüğəti