1. İlgəyi olan. □ İlgəkli yaxa. 2. Halqa şəklində düyünlənmiş. □ İlgəkli ip.
İlgəyə oxşar, ilgək kimi.
Bax: ilgəkşəkilli.
Arxaizm. Ansızın hücum, basqın, düşmən torpağına süvari hücumu. □ Cərrah ibni-Əbdüllah iyirmi beş min nəfər ləşkər ilə üzərinizə ilğar edirlər, qafil olmayasınız. (“Dərbəndnamə”).
Dialekt. Quru (susuz) çöllərdə buxarın yerə yayılıb uzaqdan su kimi görünməsi hadisəsi; sərab. □ Dərənin hündürlərində, yanıb bozarmış güneylərdə duman kimi qatı ilğım qaynayırdı. (İ.Hüseynov).
Bitişdirmə, birləşdirilmə, qatma, qatılma; əlavə etmə, əlavə edilmə; qoşma, qoşulma. □ Xəlifə Qızıl Arslanın məhv edilməsi nəticəsində Aran və Şimali Azərbaycanın Şirvana ilhaq olunması ilə də razılaşır. (M.S.Ordubadi).
Zorla bitişdirən, qəsbkar, qəsbkarlıq siyasəti yeridən.
Yaradıcılıq zamanı özünü göstərən ruhlanma halı, yaradıcı fikrin yüksəlişi; ruhlanma, təb. □ Sənətimə can-qan gətirən, ilhamıma uçuş verən balamla fəxr elədim. (B.Bayramov).
Həmçinin bax:
İlham verən, ruhlandıran, şövqləndirən, ruh və yaradıcılıq qüvvəsi verən şəxs. □ Odur ilhamçısı şerin, sənətin.. (S.Vurğun).
Böyük həvəslə, ruh yüksəkliyi ilə, ehtirasla, coşqun. □ İlhamla danışmaq.
Bax: ilhamlandırmaq.
İlham vermək, ilham oyatmaq, şövqləndirmək, ruhlandırmaq.
Bax: ilhamlanmaq.
İlhama gəlmək, vəcdə gəlmək, ruhlanmaq. □ Gözəl mənzərə şairi ilhamlandırır.
Coşqun, ehtiraslı, ilhamla dolu. □ İlhamlı şair.