1. Acı-acı bağırma; nalə, qışqırıq, çığırtı, fəğan, ah-nalə, vaveyla. □ Oğlunu itirmiş ananın fəryadı.
2. Məcazi mənada: inləmək, ağlamaq, sızlamaq. □ Külək uğuldadıqca çinarın qurumuş yarpaqları fəryad qoparırdı. (Ə.Vəliyev).
3. İmdada, köməyə çağırış səsi. □ Qurbanam yarın adına; Kim yetişsin fəryadıma? Məni salarmı yadına; Üç gündən bir, beş gündən bir. (Xalq mahnısı).
Həmçinin bax:
1. Güman, təxmin, ehtimal; bir şeyi var və ya yox sayma. □ Mən belə fərz edirəm ki.. Bir dəqiqəliyə belə fərz eləyək ki, Midhət günahkardır.. (M.Hüseyn).
2. Vacib, zəruri, daha artıq lazım (vacib) olan şey. □ Ey insanlar, fərz deyilmi bizlərə; Rəhm eyləmək, əl tutmaq acizlərə? (A.Səhhət).
Azərbaycan dilinin izahlı lüğəti1. Nifaq, qarışıqlıq, fitnə, intriqa. □ Hiyləgər ruhanilərin fəsad torlarını yırtıb, o tordan çıxmaq üçün zəhmət çəkib dünya elmlərini təhsil eləyirlər. (C.Məmmədquluzadə).
2. Tibb. Xəstəliyin törətdiyi ağır, qorxulu nəticələr; pozuqluq. □ Deyiblər ki, tənbəllik bədən üçün fəsaddır. (“Qabusnamə”).
Coğrafiya. İlin bölündüyü dörd mövsümdən hər biri; mövsüm. □ Qış fəsli. Hər fəsildə üç ay var; Üç ulduz var, üç ay var. (Bayatı).
Kitabın, məqalənin, sənədin və s.-nin nömrə və ya ayrıca sərlövhə ilə işarələnən hissəsi. □ Əsərin ikinci fəsli.
Həmçinin bax: