1. Təbiətin, cəmiyyətin və insan təfəkkürünün ən ümumi inkişaf qanunları haqqında elm. □ Antik fəlsəfə. Orta əsrlər Azərbaycan fəlsəfəsi.
2. Hər hansı bir filosofun, mütəfəkkirin fəlsəfi nəzəriyyəsi, görüşü. □ Platonun fəlsəfəsi. Bəhmənyarın fəlsəfəsi.
3. Bir şey haqqında əmələ gəlmiş inam, əqidə, qənaət; konsepsiya. □ ..Sən fəlsəfənin məğzini bilmirsən. Dünya mübarizə dünyasıdır. (İ.Hüseynov).
4. Hər hansı bir elmin, bilik sahəsinin və s.-nin əsasını təşkil edən metodoloji prinsiplər. □ Hüquq fəlsəfəsi. Riyaziyyatın fəlsəfəsi.
5. Həyata keçirilə bilməyən, qeyri-real, lüzumsuz söhbət(lər); mühakimə.
Həmçinin bax:
1. Fəlsəfəyə aid olan, fəlsəfə ilə əlaqədar olan. □ Fəlsəfi traktat. Fəlsəfi fikir.
2. Dərin bir ideyanı, dünyagörüşünü, konsepsiyanı ifadə edən; hikmətamiz, hikmətli. □ Fəlsəfi dram. Fəlsəfi roman.
3. Məcazi mənada: nəzəri, mücərrəd, hikmətli. □ Fəlsəfi mühakimə.
4. Bir şeyə filosof kimi, ağılla yanaşan. □ Hadisəyə fəlsəfi münasibət.
1. Hiylə, kələk, fırıldaq, dolab, qurğu, biclik. □ Fənd fəndi kəsər, Allah hər ikisini. (Atalar sözü). Bir atım var səməndi; Nə ucu var, nə bəndi; Özü açılar, özü yumular; Heç kəs bilməz bu fəndi. "Gecə və gündüz" (Tapmaca).
2. İdman. İdman yarışlarında rəqibi aldatmaq üçün tətbiq edilən üsullar; kombinasiya. □ Futbolçunun işlətdiyi fəndlər.
Həmçinin bax:
1. Ətrafı və ya bir qismi şüşə, yaxud başqa şəffaf materialla örtülü işıq cihazı; fanus. □ Küçə fənəri. Fənəri yandırmaq.
2. Elektrik lampası. □ Geniş meydanlarda yansın fənərlər; Gecələr kəndimiz çilçıraq olsun. (O.Sarıvəlli).
3. Yolu işıqlandırmaq üçün avtomobillərdə, traktorlarda və s.-də reflektoru olan fara. □ Minik maşınının fənəri.
4. Zərbədən, zədələnməkdən üzdə əmələ gələn qançır, göy. □ Gözünün altında fənər var.
1. Arxaizm. Küçə fənərlərinin sazlığına və yanmasına nəzarət edən adam; fənəryandıran. □ Qalmışdı həyətdə keçən axşamdan; Fənərçi unutmuş bala nərdivan. (H.K.Sanılı).
2. Arxaizm. Keçmişdə gecə yolu işıqlandırmaq üçün böyük adamların yanınca fənər aparan adam; əlində fənər gəzdirən adam.