Reklam
Reklam

Все словари

ensiklopediya [ensik'lapediya] isim yun. encyclopaedia – biliklər dairəsi

1. Bütün elm və fəaliyyət sahələrinə dair, yaxud bir sahə, ölkə və şəxsiyyətlə bağlı hərtərəfli, sistemli, ən vacib və yığcam məlumat verən elmi nəşr, toplu. □ Üzeyir Hacıbəyli ensiklopediyası.

2. Məcazi mənada: həyatı geniş və hərtərəfli əks etdirən bədii əsər haqqında.

Azərbaycan dilinin izahlı lüğəti

entuziazm [entuziyazm] isim yun. enthusiasmos – ruhi coşqunluq

Güclü ruh yüksəkliyi, coşqunluq, səylə bir işə girişmək; ruh yüksəkliyindən doğan təşəbbüskarlıq. □ Entuziazmla çalışmaq.

Azərbaycan dilinin izahlı lüğəti

epidemiya [epidemiya] isim yun. epidemia – yoluxucu xəstəlik

1. Tibb. Yaşayış yerində (ölkədə, rayonda) hər hansı virusun, yoluxucu xəstəliyin kütləvi şəkildə yayılması. □ Qrip epidemiyası.

2. Məcazi mənada: çox tez və geniş yayılan hər hansı bir şey haqqında. □ Götenin "Gənc Verterin iztirabları" əsərinin təsiri ilə intiharlar epidemiya kimi yayılmağa başladı.

Azərbaycan dilinin izahlı lüğəti

epiqon [epiqon] isim yun. epigon – nəsil

Özünün müstəqil yaradıcılıq siması olmayıb hər hansı bir siyasi, ədəbi, elmi və başqa cərəyanı təqlid edən yazıçı, alim və b.; təqlidçi. □ Epiqon ədəbiyyatı.

Azərbaycan dilinin izahlı lüğəti

epiqraf [epiqraf] isim yun. epigraphe – yazı

1. Qədim yunanlarda abidə üzərində yazı.

2. Ədəbiyyatşünaslıq. Ədəbi əsərin əvvəlində verilən və onun əsas ideyasını, məzmununu, habelə ümumi ruhunu ifadə edən sitat, kəlam və ya atalar sözü. □ Əsərin epiqrafı.

Azərbaycan dilinin izahlı lüğəti

epilepsiya [epilepsiya] isim yun. < lat. epilepsia – tutulmuş, yaxalanmış

Tibb. Nevroloji xəstəlik – beyində patoloji oyanıq sahənin yaranması və bunun nəticəsində tutmalar, qıcolma zamanı sinir impulslarının üzə çıxması. □ Bir çox məşhur adamlar epilepsiya xəstəliyinə düçar olmuşlar.

Azərbaycan dilinin izahlı lüğəti

epiloq [epilok'] isim yun. epilogos – sözardı, nəticə

Ədəbiyyatşünaslıq. Bədii əsərlərə (poema, roman, dram) əlavə edilən sonluq. □ Epiloqda, əsasən, əsərdə təsvir olunan hadisələrin, qəhrəmanların sonrakı taleyi haqqında qısa məlumat verilir.

Azərbaycan dilinin izahlı lüğəti

episentr [episentr] isim yunan

1. Geologiya. Zəlzələ ocağının Yer səthindəki proyeksiyası; zəlzələnin mərkəzi. □ Zəlzələ zamanı ən böyük dağıntılar episentrdə baş verir.

2. Məcazi mənada: hadisələrin mərkəzi, başlandığı yer. □ Hərəkatın episentri.

Azərbaycan dilinin izahlı lüğəti

epistolyar [epistalyar] sifət lat. epistola < yun. epistole – məktub

Ədəbiyyatşünaslıq. İctimai xadimlərin və ya ayrı-ayrı şəxslərin mətbuatda dərc edilərək ədəbiyyata düşmüş və ictimaiyyətə açıqlanmış məktubları. □ Epistolyar janr.

Azərbaycan dilinin izahlı lüğəti

epitafiya [epitafiya] isim yun. epitaphios – qəbirüstü yazı

Ölənin xatirəsinə həsr olunmuş kiçik qəbirüstü yazı, şeir parçası və s. □ Təsirli epitafiya.

Azərbaycan dilinin izahlı lüğəti

epitet [epitet] isim yun. epitheton hərf. əlavə

Ədəbiyyatşünaslıq. Bədii təsvir vasitəsi; məcaz növlərindən biri, ifadəni gücləndirmək üçün əsas sözün əvvəlinə əlavə edilən söz (daha çox sifət). □ Poetik epitet.

Azərbaycan dilinin izahlı lüğəti

epoxa [epoxa] isim yun. epoche – dayanma, əylənmə

Təbiətin, cəmiyyətin, elmin və s. inkişafında konkret xarakterik xüsusiyyətlərlə səciyyələnən dövr. □ İnformasiya epoxası.

Azərbaycan dilinin izahlı lüğəti

epos [epos] isim yun. épos – söz, hekayə, mahnı

Bədii yaradıcılığın üç əsas növündən biri; təhkiyə üsulu ilə yazılmış, adətən, irihəcmli şeir və nəsr əsəri. □ Qəhrəmanlıq eposu.

Azərbaycan dilinin izahlı lüğəti

eritrosit [eritrasit] isim yun. erythros – qırmızı + kytos – hüceyrə

Fiziologiya. İnsan və heyvan orqanizmində qırmızı qan kürəcikləri. □ Eritrosit hüceyrəsi.

Azərbaycan dilinin izahlı lüğəti

eroziya [eroziya] isim latın

1. Geologiya. Torpağın, Yer qabığının axar sular, buz və ya külək təsiri ilə dağılması prosesi. □ Axar suların yuyucu fəaliyyətinə geologiya elmində eroziya, kimyəvi fəaliyyətinə isə korroziya deyilir. (M.Qaşqay).

2. Fizika. Kimya. Paslanma; mexaniki təsir nəticəsində metalların pas atması. □ Dəmirin eroziyası.

3. Məcazi mənada: insanda, cəmiyyətdə gedən aşınma, deqradasiya. □ Eroziyaya uğramaq.

Həmçinin bax:

coğrafiya: buzlaq eroziyası coğrafiya: çay eroziyası coğrafiya: dərinlik eroziyası coğrafiya: eroziya bazisi coğrafiya: eroziya relyefi coğrafiya: eroziyaya qarşı tədbirlər coğrafiya: xətti eroziya coğrafiya: kimyəvi eroziya coğrafiya: mexaniki eroziya coğrafiya: otlaq eroziyası coğrafiya: səthi eroziya coğrafiya: su eroziyası coğrafiya: torpaq eroziyası coğrafiya: üfüqi eroziya coğrafiya: yan eroziya Azərbaycan dilinin izahlı lüğəti