1. Coğrafiya. İqtisadi, siyasi və ya dini səbəblərdən başqa ölkəyə məcburi və ya könüllü köçmə, mühacirət. □ Kütləvi emiqrasiya.
2. Coğrafiya. Öz vətənini, daimi yaşadığı ölkəni tərk edərək yaşayış üçün başqa ölkəyə köçmüş insanın vətəndən kənarda qaldığı yer və müddət.
Azərbaycan dilinin izahlı lüğətiMaliyyə. Tədavülə banknot, kağız pul və qiymətli kağız buraxılışı. □ Kağız pul emissiyası.
Ekologiya. Vulkan püskürməsi, zəlzələ kimi təbiət hadisələri zamanı, həmçinin müəssisələrdən, evlərdən, avtomobillərdən və s.-dən maye və bərk çirkləndirici maddələrin, yaxud enerjinin ətraf mühitə buraxılması.
Azərbaycan dilinin izahlı lüğəti1. İdman. Şahmat oyununda son mərhələ; bu mərhələyədək bir çox fiqurlar, hər şeydən əvvəl isə vəzirlər dəyişdirilir. □ Top endşpili.
2. Məcazi mənada: sona yaxınlaşma, bir prosesin sonu. □ Hadisələrin endşpili.
Azərbaycan dilinin izahlı lüğəti1. İqtisadiyyat. Enerji ehtiyatları, müxtəlif enerji növlərinin alınması, bir şəkildən başqa şəklə çevrilməsi, ötürülməsi və istifadə olunması məsələlərini əhatə edən təsərrüfat sahəsi. □ Sənaye energetikası.
2. İqtisadiyyat. Enerji resurslarının emalı, bölüşdürülməsi, istehlakçıya çatdırılması və istifadəsinə xidmət edən təbii və süni sistemləri öyrənən elm sahəsi.
Həmçinin bax: