Reklam
Reklam

Все словари

ekstrakt [ek'strak't] isim lat. extractum – çəkilmiş, sorulmuş

Bitki və ya heyvan mənşəli xammaldan müxtəlif metodlarla alınmış məhlul. □ Gülün ekstraktı.

Azərbaycan dilinin izahlı lüğəti

ekstraordinar [ek'straardinar] sifət lat. extraordinarius < extra – kənar + ordo (ordinis) – sıra, cərgə, qayda

Qeyri-adi, çox gözəl, zövq oxşayan, fövqəladə. □ Ekstraordinar qabiliyyət.

Azərbaycan dilinin izahlı lüğəti

ekstrasens [ek'strasens] isim lat. extrasencus – hədsiz hissiyyatlı

Yüksək dərəcədə hissiyyatı, qavrayışı və başqalarına elektrofizioloji təsir etmək imkanı olan şəxs. □ Ekstrasens duyumu.

Azərbaycan dilinin izahlı lüğəti

ekstravaqant [ek'stravaqant] sifət fr. extravagant – qeyri-adi, ənənəvi olmayan

Qeyri-adi, ümumi qəbul edilmiş adətlərə, normalara uyğun olmayan bir nüans; ənənəvi üslubdan fərqli olan; yeni və orijinal olan fərqli estetik çalar. □ Ekstravaqant geyim.

Azərbaycan dilinin izahlı lüğəti

ekstremal [ek'stremal] sifət lat. extremus – böhran, son hədd

Adi şəraitdən fərqlənən, qeyri-adi, təhlükəli; təbii fəlakətə, hərbi vəziyyətə, siyasi çaxnaşmalara və s. xas olan (situasiya). □ Ekstremal şərait.

Həmçinin bax:

jurnalistika: ekstremal jurnalistika jurnalistika: ekstremal şərait Azərbaycan dilinin izahlı lüğəti

ekstremizm [ek'stremizm] isim lat. extremus – əks tərəf, son hədd

Əsasən, siyasi fəaliyyətdə bir məsələnin həlli zamanı barışmazlıq, ifrat yanaşma, zorakı tədbirlərin tətbiqi. □ Siyasi ekstremizm.

Azərbaycan dilinin izahlı lüğəti

ekvalayzer [ek'valayzer] isim ing. equalizer – tarazlıq sistemi

Səs tonuna nəzarət sistemi; yerin, şəraitin akustik xüsusiyyətlərinə görə səsin artırılıb-azaldılmaqla nizamlanması. □ Ekvalayzerlə tənzimlənmə.

Azərbaycan dilinin izahlı lüğəti

ekvilibristika [ek'vilibristik'a] isim lat. aequilibris – müvazinətdə olan

Sirk-akrobatika sənətində müvazinət saxlamaq ustalığı. □ Ekvilibristika akrobatikanın, demək olar, bütün növlərinə daxildir.

Azərbaycan dilinin izahlı lüğəti

ekvivalent [ek'vivalent] isim lat. aequi – bərabər + valens (valentis) – qüvvəyə malik

1. Hər hansı əşyaya bərabər tutulan, ona müəyyən cəhətdən uyğun gələn, onu əvəz və ya ifadə edə bilən əşya (kəmiyyət). □ Ekvivalent kəmiyyət.

2. Özündə digər əmtəənin dəyərini əks etdirən əşya (əmtəə). □ Əmtəənin ekvivalenti.

Azərbaycan dilinin izahlı lüğəti

ekzistensializm [ek'zistensiyalizm] isim lat. existensia – mövcud olma

Fəlsəfə. XX əsrdə ziyalıların baxışlarına cavab verə biləcək yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasionalist, subyektiv idealist fəlsəfi cərəyanlardan biri; Qərbi Avropa, ABŞ, Yaponiya ədəbiyyatında geniş əksini tapmış fəlsəfi-estetik cərəyan. □ Ekzistensializm nümayəndələrinə görə, fəlsəfə öz idrak metodu etibarilə elmdən daha çox, incəsənətə yaxındır.

Azərbaycan dilinin izahlı lüğəti

ekzogen [ek'zagen] isim yun. exo – xaricində + genos – yaranma

Geologiya. Yer səthində və litosferin üst hissəsində Günəş enerjisi, ağırlıq qüvvəsi və orqanizmlərin fəaliyyəti nəticəsində yaranan proseslər. □ Ekzogen proseslər.

Həmçinin bax:

coğrafiya: ekzogen proseslər coğrafiya: ekzogen ritmlər Azərbaycan dilinin izahlı lüğəti

ekzotika [ek'zotik'a] isim yun. exotikos – yad, əcnəbi

Əsrarəngiz, qeyri-adi görünən adət, hadisələr, əşyalar, təbiət və bitkilər aləmi və s. □ Şərq ekzotikası.

Azərbaycan dilinin izahlı lüğəti

eqo [eqo] isim lat. ego – mən

Özünü şəxsiyyət kimi dərk edən fərdin insani “mən”i. □ Eqo mənfi və müsbət mənalarda işlənir.

Azərbaycan dilinin izahlı lüğəti

eqoizm [eqayizm] isim fr. egoisme < lat. ego – mən

Cəmiyyətə və adamlara münasibətdə öz şəxsi maraqlarını hər şeydən üstün tutmaq; altruizmin əksi olan əxlaqi keyfiyyət. □ Milli eqoizm.

Azərbaycan dilinin izahlı lüğəti

eqosentrizm [eqasentrizm] isim lat. ego – mən + centrum – mərkəz

İnsanın özünü, öz mənafeyini hər şeyin mərkəzi hesab etməsi. □ Eqosentrizm xüsusiyyəti.

Azərbaycan dilinin izahlı lüğəti