Texniki elmlər sahəsinə aid olan. □ Elmi-texniki ədəbiyyat.
Həmçinin bax:
Həm elmi, həm də tətbiqi əhəmiyyəti olan, həm elmdə, həm də praktikada tətbiq oluna bilən. □ Elmi-tətbiqi nəticə.
Bax: elmləndirmək.
Elm öyrətmək, savadlandırmaq.
Bax: elmlənmək.
Təhsil almaq, elm öyrənmək, savadlanmaq. □ Elmlənmək və elmi yaşatmaq, inkişaf etdirmək İslam dininin əsas tövsiyələrindəndir.
Təhsil görmüş, təhsil almış, təhsilli, oxumuş, ziyalı. □ Elmli qazıya şahid lazım deyil. (Atalar sözü).
Oxumamış, təhsilsiz, savadsız; cahil, avam. □ Elmsiz adam, meyvəsiz ağac. (Atalar sözü).
Təhsilsizlik, savadsızlıq, cəhalət. □ Dünyada baş verən fəsadların, cinayətlərin və xoşagəlməz hadisələrin səbəblərindən biri də elmsizlikdir.
Camaat, el, xalq. □ Əziziyəm, can sənə; Gəl kəsim qurban sənə; Nə sirdir, qalıbdır; El-oba heyran sənə? (Bayatı).
Yurdu, məskəni olmayan. □ Dilənçi Nurəddinin titrəməsini görüb dedi: – Məndən qorxma, oğlum, mən də elsiz-obasız bir dilənçiyəm. (S.S.Axundov).
Qardaş arvadlarının bir-birinə olan qohumluq münasibəti, qayınxatın. □ Nəyi gizlətmişəm, ay elti? (M.Hüseyn).
Dialekt. Dağdan köçənə yaxın başlanan güclü yağış.
Camaat, xalq, el. □ Axşamlar, ay axşamlar; Şamlar yanar axşamlar; El-ulus evdə yatar; Xodək harda axşamlar. (Bayatı).
El, vətən. □ Bizim elimiz-yurdumuz var, anacan, sənin də,mənim də böyük bir anamız var – Vətən! (M.Rzaquluzadə).