Dava-dərman hazırlayan və satan adam. □ Səttarxandan sonra Əli davaçı danışmağa başladı. (P.Makulu).
1. Hər şeydən ötrü dava edən, dava axtaran, dava salan. □ Davaçı adam. Davaçı qonşu.
2. Arxaizm. İsim kimi: biri ilə davalı işi olan. □ Məhkəmədə davaçının dindirilməsi.
1. Davaya, mübahisəyə səbəb ola bilən; qalmaqallı, mübahisəli, münaqişəli. □ Davalı məsələ. Davalı yerdə ot bitməz. (Atalar sözü).
2. Küsülü. □ Onlar davalıdırlar.
Dərman olan, əlacı olan, müalicəsi mümkün olan. □ Davalı dərd. Davalı xəstəlik.
Azərbaycan dilinin izahlı lüğəti