1. Daş halına gəlmək, daşa dönmək, daş kimi bərkimək. □ Gil, yer altında uzun zaman qaldıqda daşlaşır.
2. Məcazi mənada: bərkişmək, sərtləşmək, daşa dönmək. □ Ürəyi daşlaşıbdır.
Bir-birinə daş atmaq, bir-birini daşa basmaq. □ Uşaqlar daşlaşırdılar.
Həmçinin bax:
1. Kənarlarından çıxaraq ətrafı basmaq (su haqqında). □ Kür daşmışdır.
2. Qabın tutumundan çox olduğu üçün; bərk qaynadığı üçün köpüb, qabarıb qabın kənarlarından axıb tökülmək (mayelər haqqında). □ Su daşır. Süd daşır.
3. Bir şeyin çoxluğunu, bolluğunu bildirir (bu mənada çox vaxt “aşıb-daşmaq” şəklində işlənir).
4. Coşmaq, qızışmaq, hiddətlənmək, son dərəcə acıqlanmaq (bəzən “coşub-daşmaq” şəklində işlənir). □ Şişman adam coşdu-daşdı... (A.Şaiq).
5. Hədəqəsindən oynamaq (göz haqqında). □ O həddindən artıq acıqlandı, ...gözləri daşmağa başladı. (M.S.Ordubadi).
Həmçinin bax: