1. Əl və ya başqa bir şeylə tutulub çəkilmək. □ ...birdən qolumun dartıldığını hiss etdim. (Ə.Sadıq).
2. Gərilmək, tarım çəkilmək. □ Birdən təknənin aşağısından bir zəncir dartılır və ...torpaq platformaya boşalırdı. (Ə.Sadıq).
3. Yuxarıya doğru çəkilmək. □ Qaşları dartılmaq.
4. Məcazi mənada: özünü çəkmək, təşəxxüslə dimdik durmaq.