1. Suyun üzərində dalğa əmələ gəlmək; ləpələnmək, təlatüm etmək. □ Dəniz dalğalanır.
2. Küləyin təsiri ilə dalğa kimi tərpənmək, enib-qalxmaq; yellənmək. □ Bayraqlar dalğalanır.
3. Məcazi mənada: hərəkətə gəlmək, həyəcana gəlmək, coşmaq. □ Dalğalandı Sabirlərin ümman dünyası... (B.Vahabzadə).