Reklam
Reklam

Все словари

dekadans [dek'adans] isim fr. decadence – düşkünlük

Tənəzzül, düşkünlük, geriləmə. □ Mədəniyyətin dekadansı.

Azərbaycan dilinin izahlı lüğəti

dekadent [dek'adent] isim fr. decadence – düşkünlük

XIX əsrin sonu – XX əsrin əvvəllərində incəsənətdə sənətkar pessimizmindən doğan düşkünlük, əxlaqsızlıq və məişət səviyyəsinə yuvarlanma ilə bağlı olan halların və mənəvi böhranın ümumi adı. □ Dekadent düşüncə.

Azərbaycan dilinin izahlı lüğəti

dekadentizm [dek'adentizm] isim fr. decadence – düşkünlük

XIX əsrin sonu – XX əsrin əvvəllərində ədəbiyyat və incəsənətdə düşkünlük, ifrat fərdiyyətçiliklə səciyyələnən və “sənət sənət üçündür” şüarını təbliğ edən cərəyan. □ Dekadentizm tərəfdarı.

Azərbaycan dilinin izahlı lüğəti

dekan [dek'an] isim lat. decanus – onbaşı

Ali təhsil müəssisəsində fakültə rəhbəri. □ Kimya fakültəsinin dekanı.

Azərbaycan dilinin izahlı lüğəti

deklamasiya [dek'lamasiya] isim lat. declamare – coşqu ilə danışmaq, qışqırmaq

Şeir və nəsr əsərini intonasiya, jest və mimikalarla söyləmə; bədii oxu məharəti. □ Şeirin deklamasiyası.

Azərbaycan dilinin izahlı lüğəti

deklarasiya [dek'larasiya] isim lat. declaratio – bəyannamə, bildiriş

1. Dövlət, hökumət, par­tiya, təşkilat adından rəsmi və ya təntənəli bəyanat. □ İstiqlal deklarasiyası.

2. Bəzi rəsmi sənədlərin hüquqi əhəmiyyətə malik məlumatlarla birlikdə adı. □ Gömrük deklarasiyası.

Azərbaycan dilinin izahlı lüğəti

dekorasiya [dek'arasiya] isim fr. decoration < lat. decorare – bəzəmək

1. Hadisələrin cərəyan etdiyi məkanın və şəraitin teatr səhnəsində, televiziya tamaşasında rəssamlıq, yaxud memarlıq cəhətdən təsviri, qurulması. □ Tamaşanın dekorasiyası.

2. Səhnə tərtibatı, bütövlükdə səhnənin, film çəkilən məkanın və s. bədii tərtibatı. □ Dekorasiyanı dəyişmək.

Azərbaycan dilinin izahlı lüğəti

dekorativ [dek'arativ] sifət lat. decorare – bəzəmək

Parlaq, gözəl, mənzərəli, bəzəmək üçün istifadə edilən nə isə. □ Dekorativ ağaclar.

Azərbaycan dilinin izahlı lüğəti

dekret [dek'ret] isim lat. decretum < decernere – qərar, sərəncam vermək

1. Qanun, fərman gücünə malik hər hansısa bir məsələ ilə bağlı ali hökumət orqanının qərarı. □ Torpaq haqqında dekret.

2. İşləyən qadına hamiləliyinə görə verilən məzuniyyət; analıq məzuniyyəti. □ Dekretə çıxmaq.

Həmçinin bax:

coğrafiya: dekret vaxtı Azərbaycan dilinin izahlı lüğəti

deqradasiya1 [deqradasiya] isim latın

Tədricən pisləşmə, dəyərlərə biganəlik, cırlaşma, cəmiyyətdə tarixən mövcud dəyərlərin tənəzzülü, geriləmə. □ Mənəviyyatda deqradasiya.

deqradasiya2 [deqradasiya] isim latın

Bax: diqressiya.

Azərbaycan dilinin izahlı lüğəti

dequstasiya [dequstasiya] isim lat. degustatio – dadma

Qida və içki məhsullarının keyfiyyətinin hiss üzvləri vasitəsilə (görmə, iybilmə, dadbilmə) müəyyən edilməsi. □ Dequstasiya zalı.

Azərbaycan dilinin izahlı lüğəti

delfinari [delfinari] isim alm. delphinarium < yun. delphinos – delfin

Delfinləri saxlamaq üçün dəniz suyu ilə doldurulmuş hovuz, yaxud delfinlərin öyrənilməsi və onlara təlim keçirilməsi ilə məşğul olan mərkəz, elmi idarə. □ Yeni delfinari.

Azərbaycan dilinin izahlı lüğəti

delimitasiya [delimitasiya] isim latın

Hüquq. Coğrafiya. Bağlanmış müqaviləyə uyğun təsvir edilməklə və xəritədə qeyd olunmaqla dövlət sərhədinin müəyyənləşdirilməsi. □ Delimitasiya sənədləri dövlət sərhədlərinin demarkasiyası üçün əsas hesab olunur.

Azərbaycan dilinin izahlı lüğəti

delta [delta] isim yunan

Coğrafiya. Çayların mənsəb hissəsində (dənizə töküldüyü yerdə) əmələ gətirdiyi qollar və onların arasında çöküntüdən ibarət sahə, çay töküntülərindən əmələ gələn düzənlik. □ Kür çayının deltası.

Azərbaycan dilinin izahlı lüğəti

demaqogiya [demaqogiya] isim yun. demagogia < demos – xalq + ago – aparıram

Bu və ya digər məqsədə çatmaq (məs.: kütləni öz tərəfinə çəkmək, populyarlıq qazanmaq) üçün yalançı vədlərdən, şirnikləndirmə üsullarından, yalandan və yaltaqlıqdan istifadə; qəsdən faktları təhrif etmə və s. □ Demaqogiya ilə məşğul olmaq.

Azərbaycan dilinin izahlı lüğəti