1. Arxaizm. Qaramal dərisindən hazırlanan torba. □ Köçəri skiflər dəri qab – xəz torba (dağar) və matra (suqabı) işlədirdilər. (“Qədim dünya tarixi”).
2. Arxaizm. Üzərində qaytan toxumaq üçün içi əsgi-üsgü və ya yun ilə bərk doldurulub bağlanmış meşin yastıq.
Kiçik dağar; çox vaxt dəridən tikilən kiçik torba, çanta. □ Dağarcığını çuvala tay tutur. (Atalar sözü).
Həmçinin bax:
1. Botanika. Bərk oduncağı olan, meşələrdə bitən bir ağac və ya kol.
2. Botanika. Dağdağan ağacının noxud iriliyində olan şirin meyvəsi.
3. Arxaizm. Dağdağan ağacından qayrılaraq, guya pis gözdən qorumaq üçün uşağın papağına bənd edilən, yaxud bəzi ev heyvanlarının boynundan asılan şey. □ Papağına dağdağan tikmək. Dananın boynuna dağdağan asmaq.
Dağ kimi uca, çox yüksək.
1. Çox isti, qaynar. □ Dağ-dağ su.
2. Məcazi mənada: çox dərdli. □ Ana yalqız dayanıb; Ananın qəlbi dağ-dağ. (R.Rza).
Həmçinin bax:
1. Yolu olmayan, yaşamaq üçün yararsız olan təpəlik və daşlıq yerlər; ümumiyyətlə, dağlıq, qayalıq, təpəlik. □ ...Aydəmir də, bilirsən ki, dağda-daşda, ona qızmı yaraşar? (C.Cabbarlı). Su gələr axar, doymaz; Dağ-daşı yıxar, doymaz. (Bayatı).
2. Məcazi mənada: cansız təbiət. □ Qanad verir dağa-daşa; Ana yurdun havaları. (S.Vurğun).
Həmçinin bax: