1. Yeyilən və ya içilən şeyin acılıq, şirinlik, turşluq, duzluluq, şitlik və s. cəhətdən hiss olunan xüsusiyyəti; tam. □ Kür suyunun dadı nə acıdır, nə şordur, nə turşdur, ... nə iylidir. (C.Məmmədquluzadə).
2. Məcazi mənada: ləzzət, nəşə. □ Ad mənim, yar özgənin; Neylərəm mən bu dadı. (Sarı Aşıq).
1. Fəryad, fəğan, haray. □ Dedi: ayə nədir bu dadə səbəb; Halətin görsənir nəzərdə əcəb. (S.Ə.Şirvani).
2. Kömək, imdad.
3. Şikayət.
1. Aman, haray, vay. □ Ey sevdiyim, səndən qeyri kimim var? Gəl üstümə, aman, öldüm, dad, öldüm! (M.V.Vidadi).
2. Çox vaxt “dad ... əlindən” şəklində işlənir. □ Anlayana da can qurban, anlamayana da, dad yarımçıq əlindən. (Atalar sözü).
Həmçinin bax: