1. Sürətlə, cəld qaçmaq, cəld getmək, ayaq alıb gəlmək. □ Evə cummaq. Adamlara tərəf cummaq.
2. Üstünə atılmaq, həmlə etmək. □ O qədər xoşlanıram tüstüsü çıxcaq kababın; Acpişiktək cumuram şövq ilə birbaşa ətə. (M.Ə.Sabir).
3. Dalmaq, baş vurmaq. □ Suyun dibinə cummaq.
4. Məcazi mənada: dalmaq, baş vurmaq. □ ...qeyriləri də gözlərini dikib yerə, fikrə cummuşdular... (C.Məmmədquluzadə).
1. Əsasən sarğı materialı kimi işlədilən seyrək toxunmuş nazik pambıq parça, tənzif. □ ...Yasəmən uşağı beşiyə qoyub, cuna ilə üzünü örtür. (S.S.Axundov).
2. Tül rübənd, qaz-qaz, qaz örtük. □ Gülpərinin üzünə, köhnə toylarda olduğu kimi, cuna çəkmişdilər. (M.Hüseyn).