1. Cilik-cilik olmaq – ciliklənmək, tikə-tikə olmaq, parça-parça olmaq, qəlpə-qəlpə olmaq, sınıq-sınıq olmaq. □ Stəkan yerə düşüb cilik-cilik oldu.
2. Cilik-cilik eləmək – tikə-tikə eləmək, parça-parça eləmək; qəlpə-qəlpə eləmək, sınıq-sınıq eləmək. □ ...nə götürürdü, o saatca salıb cilik-cilik eləyirdi. (İ.Hüseynov).
1. Qoşqu ləvazimatının, ağızlığa (kəmə) bənd edilmiş uzun hissəsi; qayışdan (ya ipdən) ibarət olan və qoşulmuş atı idarə etməyə xidmət edən hissəsi. □ Atın cilovundan yapışmaq.
2. Məcazi mənada: itaətdə, əldə saxlamaq, əl-qol açmağa qoymamaq üçün vasitə, qüvvə. □ Şaliko, Şaliko! Qüvvət bizdədir; Dünyanın cilovu əlimizdədir. (S.Vurğun).
Həmçinin bax:
1. Başına cilov keçirmək, yüyənləmək. □ Atı cilovlamaq. Atını minən cilovlar. (Atalar sözü).
2. Məcazi mənada: saxlamaq, yığışdırmaq, boğmaq, əlqol açmağa qoymamaq. □ Əftəranda da dəli xəzrini cilovlamaq lazımdır. (M.Rzaquluzadə).
Həmçinin bax: