1. Canlı şeyin halı. □ ...gözlərində, üzündə, bütün hərəkətlərində qeyri-adi bir canlılıq vardı... (M.İbrahimov).
2. Təsir, qüvvə. □ Hisslərin canlılığı. Təəssüratın canlılığı.
3. Aydınlıq, parlaqlıq, barizlik. □ Canlılıq və həyatilik etibarilə Səməd Vurğunun obrazları xüsusi bir qüvvəyə malikdir. (Mir Cəlal).
4. Məcazi mənada: həyat, dirçəliş, şənlik, şən əhvali-ruhiyyə. □ Züleyxa... kitabxanaya nə isə qeyri-adi bir canlılıq və həyat gətirmişdi.
1. Darıxdırıcı, usandırıcı, bezdirici, üzücü, çox maraqsız, təngəgətirən. □ Cansıxıcı yerlər. Cansıxıcı suallar.
2. Zərf kimi: darıxdırıcı, usandırıcı, bezdirici, üzücü, çox maraqsız, təngəgətirən. □ Elə bil bütün aləmdən ayırıb, hara isə, cansıxan bir guşəyə atmışdılar. (B.Bayramov).
1. Canlılar aləminə mənsub olmayan, canı olmayan. □ Cansız təbiət. Cansız materiya.
2. Həyat əlaməti olmayan, ölü, ruhsuz. □ Cansız bədən.
3. Məcazi mənada: ölgün, tabsız, gücsüz, taqətsiz, zəif; arıq, sısqa, cılız. □ And olsun Allaha, vuraram, zəif, cansız canın çıxar. (Ə.Haqverdiyev).