Bayatı söyləmək, bayatı çağırmaq. □ ..Mədəd qapıdan girərək: – Nə bayatılayırsan? – deyə soruşdu və kitablarını stolun üstünə qoydu. (S.Rəhimov)
Bax: bayatımaq.
1. Bayat olmaq, köhnəlmək, təzəliyini, təravətini itirmək (çörək, xörək və s. haqqında). □ Xörək bayatımışdır, yemək olmur. 2. Məcazi mənada: qiymətdən düşmək, dəyərsizləşmək, əhəmiyyətini itirmək.
Bax: bayatı-qacar.
Bax: bayatlaşmaq.
1. Köhnəlmək, qalıb təravətini, təzəliyini itirmək. □ Xörək bayatlaşmışdır. 2. Məcazi mənada: dəbdən düşmək, daha işlənməmək.
Bayaq şeyin halı. □ Çörəyin bayatlığı.
Bax: bəyaz (1-ci mənaya).
Arxaizm. Şeir, mərsiyə dəftərçəsi. □ Bayazımı açıb, Qarabağ səpgisində bir mərsiyə oxudum. O gecədən etibarən məndən əl çəkmədilər. (H.Sarabski)
Bax: badya.
Dialekt. Özgədən alınan əmanəti sahibindən izinsiz olaraq başqasına vermək.
1. Özündən getmiş, qəşş etmiş, ürəyi keçmiş, bayılmış. □ Bayğın adam.
2. Zərf kimi: özündən getmiş, qəşş etmiş, ürəyi keçmiş, bayılmış. □ Bayğın düşmək. Bayğın kimi yatmaq. 3. Məcazi mənada: xumar, məstanə, süzgün. □ Bayğın baxışlar.
Xumarlanmış halda, süzgün-süzgün, məstanə. □ Bayğın-bayğın baxmaq.
Özündən getmiş, qəşş etmiş, ürəyi keçmiş adamın halı; özündən getmə, qəşş etmə, ürəyi keçmə. □ Ayna onu sarmış ani bir bayğınlıqdan ayılaraq, ağacdan ayrıldı. (Ə.Məmmədxanlı)
Bağırmaq, qışqırmaq, hayqırmaq. □ ..özünün son qüvvətini toplayaraq bayğırırdı. (M.Hüseyn)
Bihuşedici, məstedici, valehedici. □ O dalğın və müəmmalı gözlər gecənin sükutunu oxşayan müzəyyən və bayıldıcı bir ud zümzüməsini dinləyərək uyuyur. (H.Cavid)