Sürülürkən başını saxlamaq çətin olan, yüyəni zorla idarə edilə bilən (at haqqında). □ Başıbərk at.
1. Axmaq, sarsaq, səfeh, gic. 2. Dialekt. Ərindən boşanmış; dul.
Tamam, bütün, əl dəyməmiş, toxunulmamış.
Bax: başıbütöv.
Bədbəxt, başıbəlalı, biçarə, yazıq, məzlum (bəzən qarğış, məzəmmət yerində işlənir). □ Məgər gözlüyün ixtirası və onun işlədilməsi də başıdaşlı kafirlərin işi deyilmi? (M.F.Axundzadə)
1. Ağıllı, dərrakəli. □ Başıdolu adam. 2. Məcazi mənada: məst, sərxoş, kefli.
Pullu, varlı, dövlətli.
Bədbəxt, yazıq, məzlum, fağır.
Daim əzilən, təhqir edilən, köməksiz, müdafiəsiz, yazıq, fağır, məzlum, bədbəxt, aciz adam haqqında. □ Başıqapazlı adam.
Təpəsi qar ilə örtülü. □ Başıqarlı dağlar.
Başı qırxılmış olan, başını qırxdırmış. □ Başıqırxıq uşaq.
Başında qotaz olan, başına qotaz bağlanmış. □ ..əlində başıqotazlı təsbehini çevirərək, baqqal Əbdülhəsənin dükanına gəldi. (B.Talıblı)
Çox tələsik halda, təşviş və təlaş içində, həyəcan və iztirablı halda. □ Kişi yuxudan dik atıldı, başılovlu yazı stoluna sarı qaçdı. (Mir Cəlal)
Botanika. Dağ-meşə rayonlarında bitən kol bitki.
Bax: başlı-başınalıq.