1. Bir şeyin əsasını, bünövrəsini qoyan, təsis edən, bina edən, tikən, quran, yaradan. □ Üzeyir Hacıbəyov Azərbaycan opera sənətinin banisi olmuşdur.
2. Təşəbbüsçü, səbəbkar. □ Bu ədavətdə bani hansı idi və müqəssir hansı idi? (C.Məmmədquluzadə)
Azərbaycan dilinin izahlı lüğəti1. Silindrşəkilli şüşə və ya saxsı qab. □ Bankanın ağzı açılanda ətir qoxusu evi başına götürdü. (Ə.Haqverdiyev).
2. Konservləşdirilmiş məmulat üçün dairəvi tənəkə qab (ət, balıq konservlərinin qabı).
3. Tibb. Xəstələrin kürəyinə qoyulan armudşəkilli şüşə qab. □ Belinə banka qoydurmaq.
Qayıqda avarçəkənlər üçün qoyulmuş oturacaq.
Coğrafiya. Dünya okeanının dibinin ətraf hissələrə nisbətən dayaz, lakin dərinliyi gəmi hərəkəti üçün kifayət edən sahəsi.
Azərbaycan dilinin izahlı lüğəti1. Oxumaq, ötmək (xoruz, beçə, qırqovul haqqında). □ Vaxtsız banlayan xoruzun başın kəsərlər. (Atalar sözü)
2. Məcazi mənada: qışqırmaq, bağırmaq, birdən yerindən danışmaq. □ Nə banlayırsan oradan.
Həmçinin bax: