Bax: bandaqlamaq.
Bandaq bağlamaq; qışa saxlamaq üçün meyvəni saplağından dəstə ilə uzun ipə bağlamaq. □ Qış üçün üzüm bandaqlamaq.
Bax: bandaqlanmaq.
Bandaq bağlanmaq, qışa saxlanmaq üçün saplağından uzun ipə bağlanmaq.
Bandağa bağlanmış, qışa saxlanmaq üçün saplağından uzun ipə bağlanmış. □ Bandaqlanmış üzüm.
Bax: bandaqlatmaq.
Bandaq bağlatmaq, bandaq vurdurmaq. □ Bu il çoxlu üzüm bandaqlatmışıq.
Bandaq bağlamağa (qışa saxlamağa) yarar. □ Bandaqlıq üzüm.
1. Poçt ilə göndərilən şeylərin büküldüyü enli kağız sarğı. 2. Poçt ilə bu cür sarğıda göndərilən hər hansı bir şey. 3. Aksiz və ya gömrük rüsumunun verildiyini bildirmək üçün malın üstünə yapışdırılan yarlıq.
Bax: banderollamaq.
Üzərinə banderol çəkmək (vurmaq).
Bax: banderollanmaq.
Üzərinə banderol çəkilmək (vurulmaq).
Üzərinə banderol yapışdırılmış, üzərinə banderol çəkilmiş. □ Banderollu tütün. Banderollu qutu. Banderollu çay.
Banderolu olmayan, üzərinə banderol yapışdırılmamış. □ Banderolsuz tütün.