1. Arabanın təkərlərindən yuxarı olan hissəsi, qutusu, gövdəsi. □ Araba banı. Araba cırıldamaqdan, ban cırıldayır. (Atalar sözü)
2. Heyvanı qoşmaq üçün, arabanın qabağında olan ağac; yan dişlə.
3. Evin damı ilə tavanı arasında olan hissə.
4. Tüstü çıxmaq, təmiz hava gəlmək və işıq düşmək üçün keçmişdə kənd evlərinin damında açılan baca, dəlik.
Xoruz səsi, xoruz banlaması. □ Səhər tezdən ban səsinə ayıldım. Xoruz ban verəndə gəl; Sinəm qan verəndə gəl; Sağlığımda gəlmədin; Barı can verəndə gəl. (Bayatı)
1. Misir söyüd ağacı.
2. Məcazi mənada: ucaboylu, qamətli; biçimli.