1. Uzunsov, ortası nazik şirin qabaq, boranı, kudu. □ Balqabaq bişirmək.
2. Məcazi mənada: balqabağa oxşayan şey haqqında. □ Bu halda gördüm, mənə tərəf bir kişi gəlir .. başı balqabaq... (Ə.Haqverdiyev).
3. Vulqarizm. Key, maymaq, ruhsuz, atil, bacarıqsız, iradəsiz, küt adam haqqında. □ Xəlil nədir ki, o məni işdən çıxardır, bunlar da balqabaq kimi durub baxırlar. (M.Hüseyn).
1. Əfsanə, nağıl, yaxud tarixi məzmunda yazılmış təhkiyə üslubunda mənzum əsər. □ Ballada müəllifi.
2. Musiqi. Əsasən rəvayət mahiyyətində olan oxunulan, ya çalınan musiqi əsəri növü. □ Keçmiş bir hadisəni kiçik bir hekayə şəklində nəql edən musiqi əsərlərinə “ballada” deyilir. (Ə.Bədəlbəyli).