1. Qıçları açıq, örtülməmiş, çılpaq; tumanı gödək. □ O da başıaçıq, baldırıaçıq yığıb 24 uşağı cərgə ilə düzüb təlim verir. (C.Cabbarlı).
2. Zərf kimi: qıçları açıq, örtülməmiş, çılpaq; tumanı gödək. □ Bu baldırıaçıq gəzməyi nə vaxtdan çıxartmısınız? (Ə.Əbülhəsən).
3. Lüt, səfil. □ Baldırıaçıq adam.
4. Zərf kimi: lüt, səfil. □ Baldırıaçıq yaşamaq.
5. Məcazi mənada: utanmaz, həyasız.