Reklam
Reklam

Все словари

buklet [buk'let] isim ing. booklet – kitabça, broşür

Bir vərəqdə nəşr olunan, sonradan bir neçə paralel səhifəyə qatlanıb bükülən və kəsilmədən oxunan reklam, informasiya xarakterli çap məhsulu. □ Turizm bukleti.

Azərbaycan dilinin izahlı lüğəti

bukmeker [buk'meker] isim ing. book – kitab + maker – yaradan, düzəldən

Müxtəlif yarışlarla bağlı (cıdır, qaçış, boks, futbol və s.) totalizatoru həyata keçirən; hər hansı bir oyunçu və ya komandaya qoyulan pulları qəbul edən, müvafiq qeydlər aparan şəxs. □ Bukmeker elanı.

Azərbaycan dilinin izahlı lüğəti

buldoq [buldok'] isim ing. bulldog hərf. buğa kimi it

İri və kütsifətli, sinəsi enli, ayaqları qısa və yoğun olan güclü it cinsi. □ Buldoq cinsi.

Azərbaycan dilinin izahlı lüğəti

bulteryer [bulteryer] isim ing. bull terrier – öküz və teryer

Teryer ailəsinə mənsub olan it cinsi. □ Bulteryer cinsi.

Azərbaycan dilinin izahlı lüğəti

bum [bum] isim ing. boom – yüksəliş, gurluq, artım

1. Sənaye məhsulu istehsalının və ticarətinin qısamüddətli yüksəlişi; qiymətli kağızların məzənnəsinin birdən-birə artması. □ Aksiya bumu.

2. Hər hansı sahədə (silahlanma, neft, qəzet-jurnal çapı, maliyyə, təhsil və s.) diqqəti cəlb edən sürətli artım. □ Neft bumu.

Azərbaycan dilinin izahlı lüğəti

bumeranq [bumerank'] isim ing. boomerang < avstr. wo-murang – əyilmiş

1. Əyilmiş taxta əmud və ya oraqşəkilli xüsusi alət. □ Avstraliya tayfalarında atıldığı yerə – geri qayıdan bumeranq yayılmışdır.

2. Məcazi mənada: insanın atdığı yanlış addımlarının zərərini çəkməsi, öz səhvinin pis nəticəsini görməsi. □ Bumeranqa çevrilmək.

Azərbaycan dilinin izahlı lüğəti

Bundestaq [bundestak'] isim alm. Bundestag < bund – federasiya + tag – yığıncaq

Almaniyanın ali qanunverici orqanı, parlament. □ Bundestaqın qərarı.

Azərbaycan dilinin izahlı lüğəti

bunker [bunker] isim ing. bunker – anbar

1. Gəmilərdə materiallar və bərk yanacaqlar üçün xüsusi anbar. □ Yanacaq bunkeri.

2. Xüsusi avadanlıqla təchiz edilmiş yeraltı sığınacaq. □ Prezident bunkeri.

Azərbaycan dilinin izahlı lüğəti

bunqalo [bunqalo] isim ing. bungalow < hind. bangla – Benqal üslubunda

Yüngül konstruksiyalı, aynabəndli şəhərkənarı ev. □ Bunqalo tropik iqlimli ölkələrdə, xüsusilə Braziliya, Hindistan, Malaziyada geniş yayılmışdır.

Azərbaycan dilinin izahlı lüğəti

burqomistr [burqamistr] isim alm. bürgermeister < burg – qəsr + meister – sahib

Almaniya dövlət hakimiyyətinin yerli orqanlarında yüksəkvəzifəli şəxs. □ Burqomistrlə görüş.

Azərbaycan dilinin izahlı lüğəti

butaforiya [butaforiya] isim ital. buttafuori – süni, əldəqayırma

1. Teatr səhnəsində gerçəklik imitasiyası yaratmaq üçün lazım olan dekorativ əşyalar. □ Butaforiya əşyaları.

2. Zahiri bər-bəzək, süni bəzək şeyləri.

Azərbaycan dilinin izahlı lüğəti

buterbrod [buterbrot] isim alm. butterbrot – yağ-çörək

Üzərinə yağ və s. çəkilmiş, yaxud pendir, kolbasa və s. qoyulmuş çörək; yüngül qəlyanaltı. □ Pendirli buterbrod.

Azərbaycan dilinin izahlı lüğəti

büdcə [büccə] isim ing. budget < lat. bulga pul kisəsi, çanta, dəri kisə

1. Dövlətin (müəssisə və ya hər hansı təşkilatın) müəyyən dövr üçün hesablanmış maliyyə gəliri və xərcləri. □ Büdcə xərcləri.

2. Bir şəxsin və ya ailənin müəyyən dövr ərzində gəlir-çıxarının məcmusu. □ Ailə büdcəsi.

Azərbaycan dilinin izahlı lüğəti

bürokratiya [bürok'ratiya] isim fr. bureau – büro, dəftərxana + yun. kratos – hakimiyyət

Dövlət idarəçiliyində inzibati vəzifə yerinə yetirən yüksək məmurlar təbəqəsi. □ Nazirliyin bürokratiyası.

Azərbaycan dilinin izahlı lüğəti