İnsan və heyvan qanını sormaqla qidalanan kiçik, qanadsız cücü. □ İtlərnən yatan, bitlərnən durar. (Atalar sözü).
İnformatika. İşarə, rəqəm; kompüter texnologiyasında (informatikada) ən minimal informasiya vahidi. □ 8 bit bir bayta bərabərdir.
Həmçinin bax:
1. Təcridetmə; bir dövləti siyasi və iqtisadi cəhətdən dünyadan təcridetmə; həmin dövlətin ətraf ölkələrlə əməkdaşlığına imkan verilməməsi. □ Nəqliyyat blokadası.
2. Tibb. Müalicə üsulu; müəyyən orqanlar üzərində əməliyyat aparmaq üçün onların mərkəzi sinir sistemi ilə əlaqəsinin dayandırılması. □ Daxili orqanın blokadası.
Həmçinin bax:
İnternet şəbəkəsində müntəzəm informativ qeydlərin və yazışmaların aparıldığı virtual gündəlik; sosial medianın bir elementi, gündəlik-səhifə; yazıların, əsasən, xronoloji qaydada – zaman ardıcıllığı ilə düzüldüyü sadə sayt. □ Formasına görə bloq qısa xəbərlərdən, qeydlərdən, rəylərdən, çox zaman da subyektiv mülahizə və şərhlərdən ibarət olur.
Azərbaycan dilinin izahlı lüğətiMobil telefonla digər qurğular (kompüter, printer, rəqəmli fotoaparat və s.) arasında simsiz rabitəni gerçəkləşdirmə texnologiyası. □ Fotoşəkli blutuzla ötürmək.
Azərbaycan dilinin izahlı lüğəti