1. Hər hansı prosesin, fəaliyyətin bir-biri ilə bağlı olan göstəricilərinin nisbəti. □ Balansa nəzarət etmək.
2. Maliyyə. Mühasibatda aktiv və passivin, debet və kreditin, mədaxil və məxaricin nisbətini göstərən yekun cədvəl. □ Maliyyə balansı.
3. Siyasətdə, iqtisadiyyatda, mediada münaqişəli problemlərin həlli, təqdim olunması zamanı müxtəlif tərəflərin maraqlarının nəzərə alınması. □ Balanslaşdırılmış siyasət.
4. İdman. Gimnastika, akrobatika, ekvilibristika məşğələləri zamanı bədənin müvazinəti. □ Balansı itirmək.
Həmçinin bax:
1. Dəmir yolunda şpal və ya plitələrə düşən təzyiqi azaltmaq, ağırlığı paylamaq, şpalları bərkitmək üçün torpaq layının üzərinə səpilmiş qumlu çınqıl, balıqqulağı təbəqəsi. □ Ballast qurmaq.
2. Gəmilərdə dalğa zərbəsinə davamlılığı təmin edən, müvazinəti saxlamaq üçün istifadə olunan yük (su, dəmir, daş və s.), həmçinin təyyarənin uçuşunu idarə etmək üçün saxlanılan xüsusi yük. □ Ballast müqaviməti.
Azərbaycan dilinin izahlı lüğəti1. Əhalinin ehtiyat pullarını (əmanətləri) müvəqqəti cəmləyən, müəssisə və təşkilatlara, eləcə də ayrı-ayrı vətəndaşlara kredit verilməsini həyata keçirən, həmçinin idarə və ayrı-ayrı şəxslər arasında qarşılıqlı hesablaşmada vasitəçilik edən maliyyə qurumu. □ Bank krediti.
2. Bəzi kart (qumar) oyunlarında ortaya qoyulan pulların cəmi. □ Bank udmaq.
Həmçinin bax: