Ədəbli olmaq, ədəb öyrənmək, ədəb və tərbiyə qazanmaq, tərbiyələnmək. □ Uşaq məktəbə gedəndən sonra ədəbləndi.
1. Yaxşı tərbiyə görmüş, cəmiyyətdə özünü apara bilən, əxlaqlı, tərbiyəli. □ Ədəbli uşaq. 2. Ədəb qayda-qanunlarına uyğun. □ Ədəbli söz. Ədəbli hərəkət.
Ədəbli surətdə, nəzakətli surətdə, nəzakətlə. □ Ədəblicəsinə cavab vermək. Ədəblicəsinə salam vermək.
Bax: ədəb-ərkanlı.
Ədəbli, tərbiyəli adamın xassəsi, ədəbli olma. □ Oğlan ədəbliliyindən başını aşağı saldı və cavab vermədi.
1. Ədəb və tərbiyədən məhrum, yaxşı tərbiyə görməmiş, cəmiyyətdə özünü apara bilməyən. □ Ədəbsiz adam. Ədəbsiz oğlan. 2. Ədəb qayda-qanunlarına uyğun gəlməyən, nalayiq. □ Ədəbsiz söz. Ədəbsiz hərəkət.
Ədəb normalarına zidd olaraq, utanmazcasına, həyasızcasına, nəzakətsizcəsinə, kobudcasına. □ Ədəbsizcəsinə inkar etmək. Ədəbsizcəsinə hərəkət etmək.
Ədəb və tərbiyə nöqsanı, tərbiyəsizlik, nəzakətsizlik, qanacaqsızlıq. □ Ədəbsizlikdən doğan kobudluq. Ədəbsizlik etmək.
1. Say, hesab; rəqəm. □ Ədədlərin dörd əməlindən bəhs edən elmə hesab elmi deyilir. 2. Numerativ söz kimi: eyni cinsli şeylərdən bir dənəsi; dənə. □ İki ədəd qələm. On ədəd yumurta. Beş ədəd karandaş aldım.
Riyaziyyat. Ədədlərlə ifadə olunan; ədədə, miqdar, ya rəqəmə aid olan. □ Ədədi kəmiyyət. Ədəbi nisbət.
Saysız-hesabsız, sayı-hesabı olmayan.
Yaxşı, kamil, əməlli-başlı, ciddi. □ ..ədəlli-bədəlli oğlan, evli-eşikli kişidir. (Ə.Vəliyev).
Klassik ədəbiyyatda yoxluq mənasında işlənmişdir. □ Yəni ki, “vücud dami-qəmdir; Azadələrin yeri ədəmdir”. (M.Füzuli).
Klassik ədəbiyyatda yoxluq aləmi mənasında işlənmişdir. □ O da bir karivan, axıb gediyor; Bir ədəmgaha doğru əzm ediyor. (H.Cavid).
1. Mərcimək dənəsi. 2. Gözlük, durbin, zərrəbin və s. optik cihazlarda işlənən, ortası qabarıq və kənarları nazik şüşə; linza. □ Bu, ədəsə ilə oxunacaq dərəcədə xırda, zərif bir xətlə cığara kağızına yazılmış bir məktub idi. (M.Rzaquluzadə).