Ədəbli, qanacaqlı, ədəb gözləyən, ciddi.
1. Dinsiz, imansız. 2. Söyüş, qarğış məqamında işlənir. □ Yassar qışqırdı: – Ay ərkansızın qızı, bəri qayıt, vurdum! (Mir Cəlal).
Uşaq, çocuq, tifil. □ Miskin bir ərkəyə rast gəlsəm, dərhal sinirlərimə toxunur. (H.Cavid).
Ərköyün, xudpəsənd, özünü sevən. □ Ərkəsöyün adam.
Paxlaya oxşar meyvəsi, parlaq çəhrayı rəngli çiçəkləri olan, qışda yarpağı tökülən ağac, ya kol. □ Ərkəvan 7-8 metr hündürlükdə, qışda yarpağı tökülən ağac və ya koldur.
Ərk edərək, ərk edərcəsinə. □ Salman ərklə əlini uzatdı, Aslan isə dayanıb baxdı. (S.Rəhimov).
Bax: ərkləmək.
Əzizləmək, ərköyün öyrətmək.
Bax: ərklənmək.
Ərköyün böyüdülmək, əzizlənmək.