1. Azərbaycan xalq oyun havalarından birinin adı. □ Tərəkəmə oyun havası ilə ənzəli oyun havasını müqayisə etsək, burada hər iki havanın vəzninin eyni və çalınmaq sürətinin də təxminən bərabər olduğunu görərik. (Ə.Bədəlbəyli).
2. Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Həmçinin bax:
Çörək. □ Əppək almaq.
Həmçinin bax:
1. Arvadın qanuni və məhrəm yoldaşı olan kişi; zövc. □ Arvadı əri saxlar, pendiri dəri. (Atalar sözü). Ər od olar, arvad – su. (Atalar sözü). El atanı – ər atar, el tutanı – ər tutar (Atalar sözü).
2. Sifət kimi: sözündə möhkəm, mərd; qəhrəman, igid, qoçaq. □ Yaxşılığa yaxşılıq hər kişinin işidir; Yamanlığa yaxşılıq ər kişinin işidir. (Atalar sözü). Ər kişinin ər oğlu olar. (Atalar sözü).