1. Mülklər (torpaq, əkin yerləri, malikanə və s.). □ Dövlətlilərin mal, əmlakı keçir ümum camaat ixtiyarına. (Ə.Haqverdiyev).
2. Birinin sahib olduğu pula dəyər şeylərin, varın, mal və mülkün məcmusu. □ Dövlət əmlakı. Cinayətkar əmlakı müsadirə olunmaqla cəzaya məhkum olundu.
1. Yenicə ota düşən və eyni zamanda anasını əmən quzu, keçi. □ Gəl oturma belə tək; Kürdə bir əmlik kəsək. (M.Rahim).
2. Sifət kimi: yenicə ota düşən və eyni zamanda anasını əmən. □ Əzizim, bahar barı; Şirindir bahar barı; Kəsmə əmlik quzunu; Qoy gəlsin bahar, barı. (Bayatı).
1. Cümlələri, habelə cümlə üzvlərini (əsasən həmcins üzvləri) birləşdirərək qarşılıq bildirir.
2. Nida kimi: təəccüb, mübaliğə, istehza, kinayə bildirir.
3. Bir şeyə mane olan, əngəl törədən keyfiyyət, hal, səbəb. □ Burada bir balaca əmma var.
Həmçinin bax:
Bəzi Şərq ölkələrində: sarınmış uzun ağ parça, yaxud tirmə zolağından ibarət baş geyimi; sarğı; çalma, axundların və başqa ruhanilərin başlarına qoyduqları bu cür sarğı. □ Elə ki tək qaldılar, Koroğlu abanı, əmmaməni çıxardıb bir tərəfə tulladı. (“Koroğlu”).
Azərbaycan dilinin izahlı lüğəti1. Dodaq və dilin müvafiq hərəkəti vasitəsilə döşdən südü soraraq içmək. □ Quzular qoyunları əmirdilər. Uşaq anasını əmir.
2. Bir şeyi ağzına salıb sormaq, sümürmək. □ Barmağını əmmək.
3. Məcazi mənada: qidalanmaq, qüvvət almaq. □ Bahar çağı güllər günəş əməndə; Görüş təyin eləmişəm çəməndə. (M.Rahim).
Həmçinin bax:
1. Təhlükəsizlik, qorxusuzluq, əminlik, sakitlik, ictimai asayiş. □ Düşmən sərhədimizdən nə qədər uzaqda olsa, səadət və əmniyyətimiz də o qədər yaxınımızda olar. (M.S.Ordubadi).
2. Qoruyucu. □ ..Elektrik xətlərini çox diqqətlə yoxlamaq, vaxtlı-vaxtında təmir etmək və əmniyyət cihazlarının sayını artırmaq lazımdır. (M.Hüseyn).
3. İnanma, etimad, etibar.