1. Çox qəribə, çox təəccüblü, qeyri-adi, görünməmiş. □ Əcaib heyvan. İşarə verildi və kiçik təyyarələr bir-birinin ardınca əcaib rəngarəng quşlar kimi havaya uçdu. (M.Rzaquluzadə).
2. Zərf kimi: çox qəribə, çox təəccüblü, qeyri-adi. □ Əcaib danışmaq. Əcaib görünmək.
3. İsim kimi: görünməmiş şey, çox qəribə şey, çox təəccüblü şey, qeyri-adi şey. □ Yetim əlində qoğal, əcaib! (Atalar sözü).
4. Heyranedici, misilsiz, xariqüladə, valehedici. □ Bu gün bir əcaib gözəl sevmişəm; Beləsi olmaz heç vilayətdə. (M.P.Vaqif).
1. Klassik ədəbiyyatda təəccüblü, qəribə; əyləncəli, məzəli mənalarında işlənmişdir. □ Zahida, sən ki bilirsən özünü hal əhli; Bir öz əhvalını bilməzsən, əcəb halın var. (S.Ə.Şirvani).
2. Çox yaxşı, çox gözəl, əla. □ Əcəb mənzərədir. Əcəb kitabdır.
3. Modal söz kimi: görəsən (təəccüb bildirir). □ Əcəb, nə oldu ki, gəlib çıxmadı?
4. Modal söz kimi: bəli, hə (təsdiq bildirir). □ – Sən yemək yeyəcəksənmi? – Əcəb.
5. İntonasiyadan asılı olaraq təəccüb, narazılıq, bəzən istehza, kinayə bildirir. □ Əcəb işə düşdük?! Əcəb bizi avara qoydun! Əcəb adamsan! Əcəb xanəndə imiş! Əcəb işdir! Əcəb intizamlı imişsən!
Həmçinin bax:
1. Klassik ədəbiyyatda təəccüblü, qəribə; əyləncəli, məzəli; əcəb mənalarında işlənmişdir. □ Əcəb halın var, ay molla; Əcəbcə ruzigarın var! (Ə.Nəzmi).
2. İntonasiyadan asılı olaraq təəccüb, narazılıq, bəzən istehza, kinayə bildirir. □ Əcəb halın var, ay molla; Əcəbcə ruzigarın var! (Ə.Nəzmi).
Hər bir canlının, xüsusən insanın qabaqcadan qədərlənmiş ölüm vaxtı; ümumiyyətlə, ölüm, ölüm çağı. □ Keçinin əcəli çatanda çobanın çomağına sürtünər. (Atalar sözü).
Həmçinin bax:
1. Arxaizm. Keçmişdə ərəb olmayan xalqlara və onların nümayəndələrinə, xüsusən, iranlılara, İran əhalisindən olan adamlara verilən ad. □ Məndən salam olsun əcəm oğluna; Meydana girəndə meydan mənimdir. (“Koroğlu”).
2. Tarix. İran. □ Leyli-Məcnun Əcəmdə çoxdur; Ətrakdə ol fəsanə yoxdur. (M.Füzuli).