Nahaq, bihudə, faydasız. □ Yaradılış əbəs deyildir!
Nahaq yerə. □ Gül dilləndi: “Salmayın səs; Danışmayın əbəs- əbəs”. (M.Dilbazi).
Arxaizm. Ata-ana, valideyn. □ Hər gün əbəveyni şad edirlər; Hörmətlərini izdiyad edirlər. (M.Ə.Sabir).
Klassik ədəbiyyatda xoş qoxu, ətir mənalarında işlənmişdir. □ Gülzarə hava əbir tökdü; Səhrayə qübari-mişk çökdü. (M.Füzuli).
1. Axmaq, səfeh, gic, sarsaq, başıboş. □ Ancaq əbləh insanlar dünyamalı üçün qəm çəkər. 2. Vulqarizm. Söyüş kimi işlədilir. □ Əbləhin qızı, elə bu saat itilərsən gözümün qabağından. (Ə.Haqverdiyev).
Axmaqcasına, sarsaqcasına, axmaq kimi; gic-gic. □ Əbləhcəsinə danışmaq.
Axmaqlıq, səfehlik, giclik, sarsaqlıq. □ ..bu əbləhliyi üzündən düşmən əlinə keçərək xoşbəxt təsadüflə xilas olmuşdu. (Ə.Əbülhəsən).
Ala, ala-bula, ala-bəzək, alaca. □ Əbləq at meydanda topla bərabər fırlandı. (M.S.Ordubadi).
Alalıq, ala-bulalıq, alabəzəklik.
Klassik ədəbiyyatda övladlar, oğullar (adətən izafət tərkiblərində işlənir) mənasında işlənmişdir. □ Əbnayi-vətən vəqf eləyir vəslinə canın; Həm ruhi-rəvanın. (M.Ə.Sabir).
Klassik ədəbiyyatda bulud mənasında işlənmişdir. □ Çün əbr deyilsən, olma giryan; Çün seyl deyilsən, etmə əfğan! (M.Füzuli).
1. Xallı. 2. Əldə bəslənmiş. □ O, bu gün palıda düşmüş əbrəş qoçun kababından yemək üçün ayrı bir səy ilə hazırlaşırdı. (S.Rəhimov).
1. İpək, ipək iplik. □ Əlvan qanınla boyansın; Əbrişim tellərin sənin! (Aşıq Hüseyn). 2. Botanika. Lələkli yarpağı və ətirli çiçəyi olan ağac növü; akasiya. □ Əbrişim ... çətiri piramida şəkilli, otuz metrə qədər hündürlüyündə ağacdır. (H.Qədirov).
Arxaizm. Klassik ədəbiyyatda qaş mənasında işlənmişdir. □ Göz doymaz vəsməli kəman, əbrudan; Can üzülmə, səmən iyli keysudan. (M.P.Vaqif).
Çox tərs, inadcıl adam haqqında (bəzən söyüş kimi işlədilir). □ Ağa maşının qapısını açdı, dedi: – Düş aşağı, əbucəhl!.. (M.İbrahimov).