1. Daimi, həmişəlik, ölməz; sonsuz, intəhasız, mütləq. □ Mən elə bildim ki, ürəyim acdır; Məhəbbət əbədi bir ehtiyacdır. (S.Vurğun).
2. Heç vaxt, heç bir zaman, əsla, qəti, qətiyyən; əbədən. □ Əbədi bizə gəlməyib. Əbədi xəbərim yoxdur.
Həmçinin bax:
1. Əbədi olaraq nəsillərin xatirəsində yaşatmaq, həmişəlik xatirə qoymaq. □ Xalq öz qəhrəmanlarının xatirəsini əbədiləşdirmək üçün onlara abidə ucaldır.
2. Həmişəlik etmək, əbədi hala salmaq, daimi etmək. □ O sonsuz eşqini, böyük arzunu; Öz ana dilində əbədiləşdir. (B.Vahabzadə).
1. Əbədilik, daimilik; həmişə var olan şey; intəhası olmayan zaman; intəhasızlıq. □ Nəhayət, əbədiyyət qədər uzun görünən bir dəqiqə bitdi və qapını açdılar. (S.Rəhman).
2. Sonsuz gələcək zaman. □ Bütün gözəl musiqilər bizi əbədiyyətə aparır. (Ə.Məmmədxanlı).
Həmçinin bax: