1. Sünni ruhanilərinə verilən ləqəb. □ Əlac yoxdur əfəndidən, molladan; Həqiqətin binasını axtarın. (Molla Cümə).
2. Hörmət üçün oxumuş adamların, ruhanilərin adlarına qoşulan söz, hörmətlə müraciət. □ Nağıl demirəm, əfəndim, hekayə deyirəm. (N.Nərimanov).
3. Türk ziyalısına müraciət. □ İlk dəfə gördüyü əfəndinin .. danışıq ədası, yerişi, baxışı çox qəribə, qeyri-təbii və gülməli idi. (M.Hüseyn).
1. Rəngi sarı, başı üçbucaq şəklində iri zəhərli ilan. □ Əfi ilan.
2. Məcazi mənada: mənhus, xain, məkrli, bədxasiyyət, qəlbiqara, diliacı, başqasını sancan adam haqqında. □ Əfi bir ilan kimi şübhə girir araya! (N.Rəfibəyli).
3. Məcazi mənada: klassik şeirdə gözəlin qıvrım saçları bu ilana təşbeh edilir. □ Əfi kimi daim zülfi-müsəlsəl; Qıvrım-qıvrım olub yatar yanında. (Q.Zakir).
Həmçinin bax:
1. Nəsillərdən nəsillərə ağızda dolaşan və mövzusu çox zaman fövqəladə xarakter daşıyan hekayə, rəvayət; əsatir. □ Hind əfsanələri. Orta əsr əfsanələri.
2. Məcazi mənada: uydurma, nağıl, boş söhbət. □ Nə olur, böylə azıb getsə bəşər; Səncə, əfsanəmidir xeyr ilə şər? (H.Cavid).
3. Dillərə düşmüş, geniş yayılmış vəqə, dastan, hekayət. □ Sirr dolu əfsanələr; Nağıllar yaratmısan. (B.Vahabzadə).