1. Kakao toxumu ilə şəkər və ədvə qatışığından hazırlanan kütlə və ya poroşok.
2. Bu kütlədən hazırlanan konfet və plitka şəklində qənnadı növü. □ Qadın masanın üstünə şokolad və konfet düzüb, Hüseynə lap yaxın oturdu. (S.Rəhman).
3. Bu poroşokdan südlə hazırlanan içki.
4. Məcazi mənada: çox dadlı, ləzzətli şey haqqında. □ Bu kabab deyil ki, marmeladdı, şokoladdı. (N.Vəzirov).
Çürüdülüb süzülmüş ayrandan hazırlanan ağartı (qatı kütlə halında sadə pendir). □ ...ayranı çürüdüb şor elədi. (Ə.Vəliyev).
1. Tərkibində çox duz olan, duzlu; duzu çox düşmüş. □ Şor su. Şor pendir. Şor xörək.
2. Duzlu suya qoyulmuş, şoraba edilmiş, tutulmuş. □ Şor kələm. Şor xiyar.
3. Şoran. □ Araz boyundakı şor qışlaqlarda; Doyunca nə qoyun, nə mal sağıldı. (S.Vurğun).
Həmçinin bax: