1. Duz qatılmamış, duzsuz. □ Şit pendir. Şit kərə.
2. Duzu az, lazımınca duzlanmamış. □ Şit xörək.
3. Məcazi mənada: danışığı, hərəkətləri yüngül, qeyri-ciddi, bayağı; duzsuz. □ Şit adam.
4. Məcazi mənada: dəcəl, sırtıq, üzlü, həyasız, şuluqçu. □ Bizim şit uşaqlar və başqasına istehza etməkdən zövq alan adamlarla işimiz yoxdur. (M.İbrahimov).
5. Məcazi mənada: çox maraqsız, duzsuz, ət tökən. □ Şit söhbətlər. Şit zarafat.
Həmçinin bax:
1. Şit, duzu az şeyin halı, keyfiyyəti. □ Şitliyindən xörəyi yemək olmur.
2. Məcazi mənada: qeyri-ciddi, yüngül, bayağı, duzsuz hərəkət, söz; nadinclik, dəcəllik, üzlülük. □ ...bəzi uşaqların şitlik və dəcəlliyinin qarşısını almaqda onun əsas köməkçilərindən idi. (S.Rəhimov).