1. Bədənin hər hansı bir yerində əmələ gələn toxuma qabarması; ur. □ Üzdə şiş. Qıçının şişi çəkilmək.
2. Tibb. Hər hansı bir bədən üzvü toxumasının qeyri-normal böyüyüb artması. □ Qorxusuz şiş. Qorxulu şiş.
3. Sifət kimi məcazi mənada: köp, qabarıq, irəliyə doğru çıxmış. □ Şiş qarın.
4. Sifət kimi: qalın, şişmiş. □ Yarməmməd şiş qovluğu açdı. (M.İbrahimov).
1. Kabab bişirmək üçün ucu iti dəmir və ya ağac çubuq. □ Əti şişə çəkmək. Bir şiş kabab.
2. Sifət kimi: iti, sivri. □ Şiş ucları buludlarla döyüşən; Dağlarında buzları var ölkəmin. (C.Cabbarlı).
Həmçinin bax: