1. Şirin olmaq, şirin dad vermək. □ Xəmirə şəkər qatıldığından şirinləşdi.
2. Daha şirin olmaq. □ Meyvələr dəyib şirinləşdi.
3. Məcazi mənada: sərtliyi, qabalığı atmaq, xoşsifət, şirindil olmaq. □ Danışığı şirinləşib.
4. Məcazi mənada: daha da qızışmaq, daha maraqlı olmaq, canlı olmaq. □ Söhbətimiz çox şirinləşdi. (Ə.Haqverdiyev).
1. Şirin şeyin halı; şirin dad; dadlılıq, ləzzətlilik; dad, ləzzət. □ Şanı şirinlikdən boğazı yandırır.
2. Məcazi mənada: səmimilik, mehribanlıq. □ Bu şirinlik ki, var mabeynimizdə yar ilə, Seyyid! Əgər bilsə qiyamətlər qopar başına Fərhadın. (S.Ə.Şirvani).
3. Məcazi mənada: zövq, səfa, ləzzət. □ ...ailə həyatının şirinliyindən doymadığını sözdə arvadına bildirməyi artıq bilib susdu. (M.Hüseyn).
4. Məcazi mənada: zəriflik, incəlik, yapışıqlıq, ürəyəyatma. □ ...səsində ... məlahət və şirinlik yoxdu. (S.Hüseyn).
5. Məcazi mənada: xoşluq, səmimilik. □ Qızın üzündə şirinlik var.