1. Şərəf və namusdan məhrumluq; şərəfi, heysiyyəti olmama; vicdansızlıq, alçaqlıq, namussuzluq, rəzillik. □ Cuma bu vaxta qədər belə bir şərəfsizliyə, tənəzzülə dözdüyünə indi təəccüb etməyə başlayırdı. (Ə.Əbülhəsən).
2. Zərf kimi: şərəf və namusdan məhrumluq; şərəfi, heysiyyəti olmama; vicdansızlıq, alçaqlıq, namussuzluq, rəzillik. □ Şərəfsizliklə unutmaq.
Yazı, hadisə və s.-ni şərh edən şəxs; kommentator.
Həmçinin bax:
Arxaizm. Nazik damar, kapillyar.
1. İlahiyyat. Şəriətcə qanuni, halal. □ ...onu öz şəri və halal əri İslama tapşırsın. (S.Hüseyn).
2. İlahiyyat. Şəriətə aid və ya müvafiq olan. □ ...əqli və şəri dəlillərlə mübahisə edib həqiqəti axtaracağımız yerdə ... “təkfir” silahı ilə vuruşmağa başlayırıq. (C.Məmmədquluzadə).
1. Lent, yastı qaytan; ip. □ ...paltarların ... eyvanlarda çırpıldığını, şəridə asıldığını görmək olurdu. (Mir Cəlal).
2. Texniki və s. məqsədlər üçün işlənən hər hansı bir materialdan hazırlanan dar, uzun zolaq.
3. Məcazi mənada: lent kimi uzanıb gedən şey haqqında. □ ...sıx meşələr, gümüş şərid kimi axan çaylar, məxmər çəmənlər görünürdü. (M.Rzaquluzadə).