Reklam
Reklam

Все словари

şoumen [şoumen] isim ing. showman < show – nümayiş etdirmə + man – adam

Şounun hazırlanması və keçirilməsi üzrə mütəxəssis. □ Şoumen üçün yüksək erudisiya, xoşqılıqlıq, yumor hissi və s. keyfiyyətlər vacib sayılır.

Azərbaycan dilinin izahlı lüğəti

şovinizm [şovinizm] isim fr. chauvinisme – Napoleonun sadiq əsgəri Şovenin adından

İfrat millətçilik, millətlərarası münasibətləri daim qızışdırmağa yönəlmiş mürtəce siyasət. □ Şovinizm milli müstəsnalığı təbliğ edir, başqa millətləri aşağılayır, onlara qarşı düşmənçilik hisləri aşılayır.

Azərbaycan dilinin izahlı lüğəti

ştamp [ştamp] isim alm. stampe < ital. stampa – möhür

1. Seriya məhsullar (ştamplama yolu ilə) buraxmaq və detallar hazırlamaq üçün istifadə olunan dəmirçi aləti. □ Hər bir detalın öz ştampı olur.

2. İdarə və müəssisənin adı, ünvanı və s. yazılmış dördkünc möhür. □ Məktəbin ştampı.

3. Məcazi mənada: şablon, trafaret, standart. □ Ştamp formalı mətn.

Azərbaycan dilinin izahlı lüğəti

ştreykbrexer [ştreyk'brexer] isim alm. streikbrecher < streik – tətil + brechen – qırmaq, qoparmaq, dərmək, üzmək

Ümumi maraq və hərəkata, tərəfdarlarının mənafeyinə xain çıxan adam, satqın. □ Müəssisənin ştreykbrexeri.

Azərbaycan dilinin izahlı lüğəti

şturval [şturval] isim holl. stuurwiel – qurğu

Gəmidə, təyyarədə və bəzi mexanizmlərdə sükan. □ Şturval arxasına keçmək.

Azərbaycan dilinin izahlı lüğəti

şunt [şunt] isim ing. shunt – şaxələndirmə

Tibb. Ürəyə qan vuran sistemdə tıxac yaranan və ya zədələnən hissəni əvəz edən süni kanal. □ Ürəkdə şunt əməliyyatı.

Azərbaycan dilinin izahlı lüğəti

şükran [şükran] isim ər. – şükür etmək

Yaxşılığı unutmamaq, minnətdarlıq, təşəkkür. □ Şükran bayramı.

Azərbaycan dilinin izahlı lüğəti