Şaşqın kimi, çaşmış halda, dəlicəsinə. □ İştə, bir səs ki edər göylərə şaşqınca xitab; O sağır göy, əcəba, kimsəyə vermişmi cavab? (H.Cavid).
Bax: şaşqınlaşmaq.
Şaşqın hala gəlmək.
1. Şaşqın adamın halı; çaşqınlıq. □ Bircə qırpım sürən şaşqınlıqdan sonra ... xəncər çıxardı. (M.Rzaquluzadə). 2. Ağlını itirmə, sərsəmlik.
Bax: şaşmaq.
Özünü itirmək, çaşmaq, çaşıb qalmaq. □ Mən isə bu iki qüvvə arasında şaşmış, tamamilə ağlımı itirmişdim. (T.Ş.Simurq).
Çörəkbişirən, çörəkyapan, çörəkçi. □ ...ustanı burada, xəmirxanada bir şatır olaraq tanımışdı. (Mir Cəlal).
Həmçinin bax:
Şatır işi, çörəkbişirmə peşəsi, çörəkçilik.
1. Klassik ədəbiyyatda şən, şux mənalarında işlənmişdir. □ ...şən və şatir görünməyə alışmış olan siması sevinclər içərisində qalmışdı. (A.Şaiq). 2. Sifət kimi: klassik ədəbiyyatda şən, şux mənalarında işlənmişdir.
Bax: dava-şava.
Klassik ədəbiyyatda layiq, münasib, yaraşan mənalarında işlənmişdir. □ Səy elə, sən də böyük insan ol; Doğruluqda bu ada şayan ol. (A.Səhhət).
Arxaizm. Diqqət verilməyə layiq olan; çox maraqlı.
1. Elektrotexnika. Vint və ya qaykanın altına qoyulan yastı halqa şəklində altlıq. □ Dairələr bölməsinə şaybalar, pistonlar, ... daxildir. (Ə.Mustafayev). 2. İdman. Hokkey oyununda işlədilən ağır rezin disk.
Bəlkə. □ ...xəyalıma gələrdi ki, şayəd yalan deyir. (C.Məmmədquluzadə).
Klassik ədəbiyyatda layiq, yaraşan mənalarında işlənmişdir. □ Şayəstə danışıq.