1. Bir şey bilmədiyi halda, özünü bilən, mütəxəssis kimi göstərərək adamları aldadan, nadan; yalançı, fırıldaqçı, cüvəllağı. □ Şarlatan adam.
2. İsim kimi: bir şey bilmədiyi halda, özünü bilən, mütəxəssis kimi göstərərək adamları aldadan, nadan; yalançı, fırıldaqçı, cüvəllağı adam. □ Bunlar da yaxşı adamlardır, amma şarlatandırlar. (C.Məmmədquluzadə).
3. İsim kimi: yüngül söyüş mənasında. □ ...Orda-burda şarlatanlar da vardır. (R.Rza).