1. Tez hürkən, hər şeydən hürkən, qorxan, əhli olmayan; vəhşi. □ Ürkək ceyran balası.
2. Ürkəklik, qorxu ifadə edən, bildirən; qorxaq. □ Qadın öz ürkək nəzərləri ilə ətrafa baxıb fotoqrafın ardınca düşdü. (S.Vəliyev).
Tez ürkmə və qorxma xasiyyəti; hürkəklik.
Bax: ürkək.
Bax: ürkmək.
Gözlənilməz səsdən, adamdan və s.-dən qorxub çəkilmək və ya qaçmaq; qorxmaq. □ Top səsindən atlar ürkdü, kişnəşdi. (C.Cabbarlı).
Həmçinin bax:
Bax: ürküşmək.
Ürkmək, qorxmaq. □ Çəpişlər irəliyə gedir, bəzən ürküşür. (M.Seyidzadə)
Bax: ürkütmək.
Ürkməsinə səbəb olmaq; ürkdürmək, qorxutmaq. □ Mahmudun hiss və həyəcan dolu baxışları, deyəsən, gənc qızı ürkütdü. (Ə.Əbülhəsən)
Bax: ürpərmək.
Tükləri (tükü, əti, bədəni, əndamı) ürpərmək – tükləri biz-biz qalxıb dərisi qabar-qabar olmaq (qorxudan, dəhşətdən və s. hisslərdən). □ Sahillərə hücum çəkən dalğadır, ya dağ; Tük ürpərir, fikir çaşır onun səsindən. (S.Vurğun).
Bax: ürpəşmək.
Tükləri (tükü, əti, bədəni, əndamı) ürpəşmək – tükləri biz-biz qalxıb dərisi qabar-qabar olmaq (qorxudan, dəhşətdən və s. hisslərdən). □ Əti ürpəşmək.
Bax: ürpətmək.
Tükü (əti, bədəni) ürpətmək – dəhşətə gətirmək, sarsıtmaq.